“AzerGold” 2035-ci ilədək iqtisadiyyata 9 milyard dollara yaxın vəsait daxil etməyi planlaşdırır

Xəbər - Fidan Babayeva, Orxan Nəbiyev – Trend:

“AzerGold” QSC strategiya çərçivəsində müəyyən edilən layihələrin reallaşdırılacağı təqdirdə 2035-ci ilədək ölkənin ümumi daxili məhsuluna 8,9 milyard dollaradək vəsait daxil etməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bunu “AzerGold”un İdarə heyətinin sədri Zakir İbrahimov şirkətin ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, layihələrin ən aktiv mərhələlərində 14 minədək işçinin cəlb olunması planlaşdırılır:

“Şirkətin illik gəlirlərinin artım tempini 14 faizədək artırmaq planlaşdırılır. Xatırladım ki, 2009-2019-cu illərdə dünya dağ-mədən sənayesində illik artım tempi 9 faiz təşkil edib”.