“AzerGold” 2022-ci ildə ilk dəfə səhmdarlara dividend ödəyəcək

Xəbər - Nəzrin İsrafilova – Trend:

2020-2021-ci illər üzrə uğurlu fəaliyyət nəticəsində “AzerGold” QSC bu il ilk dəfə səhmdarlara 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

“2020-ci ilin yekunlarına dair ASC-nin maliyyə hesabatlarına əsasən, 2020-ci il üzrə şirkətin xalis mənfəəti 2019-cu illə müqayisədə 287 faiz artaraq 82 milyon manat təşkil edib”, – Z. İbrahimov deyib.

O bildirib ki, 2021-c il üzrə “Pricewaterhouse Coopers Audit Azerbaijan LLC” şirkəti tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)