“Azercell”in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutub (FOTO)

May ayının 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və
təşkilatçılığı, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə
“Bakı Marafonu – 2022” baş tutdu. Minlərlə idmansevər Bakı
Bulvarında toplaşaraq “Küləyə qalib gəl” şüarı altında həyata keçən
bu yarışa qatıldı.

Ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”nun 5
illik yubileyi bir sıra yeniliklər ilə yadda qaldı. Belə ki,
yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi
eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında
toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə
qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara
ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri
qarşılamaq imkanı yaratdı.

2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən Azercell növbəti
dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səslədi. Ənənəvi
olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin
prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və
Azercell-in korporativ abunəçiləri qatıldı.

Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış
nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji
həll mobil operatorun “Bağlantını asanlaşdırır, həyatı daha dolğun
edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab
verdi. Belə ki, marafonda iştirak edən hər kəsin marşrut boyu
göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən
göstərdiyi nəticəni izləmək imkanı yaradıldı.

Qaliblər Azercell tərəfindən xüsusi hədiyyələr ilə
mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi
iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli
prestijli nömrə və “Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik
hədiyyə etdi. Azercell “Bakı Marafonu”nda iştirak edən tələbələri
də diqqət mərkəzində saxladı. Tələbələr arasında birinci yeri tutan
xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli
prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOL9”
tarif paketi təqdim edildi.

Yarışçılara dəstək olmaq üçün tədbirə qatılanlar da asudə
vaxtlarını yüksək dəyərləndirdilər. Musiqi ilə müşayiət edilən
tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edildi, uşaqlar
üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram
ilə qarşılandı. Marafon məşhur mügənnilərin konsert proqramı ilə
yekunlaşdı.

Teqlər: