Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik etdi! (FOTO)

Proqrama seçilən 22 tələbə hər ay Azercell-dən 200 AZN
məbləğində təqaüd ilə təmin ediləcək

“Azercell Telekom” MMC gənc nəslin fərdi və peşəkar inkişafına
dəstək məqsədilə həyata keçirdiyi Tələbə Təqaüd və Təcrübə
proqramının qaliblərini açıqlayıb. Mart ayının 3-də qaliblərin
təntənəli mükafatlandırma mərasimində tələbələr ilə görüşən
şirkətin rəhbər heyəti qalibləri təbrik edib, Azercell-in istedadlı
və xüsusi qabiliyyətli gənclərin yetişdirilməsinə daima töhfə
verdiyini vurğulayıb.

Qeyd edək ki, 180 nəfərin müraciət etdiyi layihənin nəticələri
dörd mərhələli seçim əsasında müəyyən edilib və 22 tələbə Azercell
təqaüdçüsü və təcrübəçisi adına layiq görülüb. Şirkət bu tələbələrə
təhsil ilinin sonunadək 200 AZN məbləğində təqaüd ayıracaq.

Bundan əlavə, istedadlı gənclər Təcrübə proqramı sayəsində uyğun
gəldikləri sahə üzrə bilik və bacarıqlarını artıra biləcəklər. Bu
il ərzində proqram iştirakçıları təcrübəçi qismində Azercell-in
peşəkar komandasına qatılacaq, real tapşırıq və layihələrdə iştirak
etməklə səriştələrini inkişaf etdirə biləcəklər. Təcrübə proqramı
çərçivəsində gənclər Azercell Akademiyasının sertifikatlı
təlimçiləri tərəfindən keçirilən bir sıra təlimlərdə də iştirak
edəcəklər.

Tələbələrlə görüşdə Azercell-in müxtəlif departamentlərinin
əməkdaşları gənclərə öz peşələrinin xüsusiyyətləri haqda danışıb,
onları maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda
Azercell-in Təqaüd və Təcrübə proqramının iştirakçılarına
mükafatlar təqdim olunub.


Qeyd edək ki, 2009-cu ildən etibarən “Azercell Telekom” MMC
tərəfindən reallaşdırılan Tələbə Təqaüdü proqramı çərçivəsində
Azərbaycanın müxtəlif təhsil ocaqlarında oxuyan tələbələrə təqaüd
ayrılır. İndiyədək Azərbaycanın fərqli universitetlərində bakalavr
və magistratura pillələrində təhsil alan Tələbə Təqaüdü 2022
Proqramının iştirakçılarının sayı da daxil olmaqla, 257 tələbə
Azercell şirkətinin təqaüdçüsü seçilib. İkinci Qarabağ Müharibəsi
zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda
döyüşlərdə iştirak etmiş tələbələr də ötən il Azercell-in bu
proqramı çərçivəsində dəstəklənib. 2007-ci ildən etibarən həyata
keçirilən Təcrübə Proqramı sayəsində isə 254 tələbə Azercell-də
təcrübə keçib, onlardan 34-ü Azercell-də işlə təmin olunub.

Xatırladaq ki, bir çox qabaqcıl ali təhsil məktəbləri ilə
əməkdaşlıq edən Azercell şirkəti tələbələrin peşəkar inkişafı,
innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də
universitetlərin elmi-texniki və tədris bazasının inkişaf
etdirilməsinə yönəlmiş müxtəlif layihələr də həyata keçirir.

Azercell şirkəti Azərbaycanın təhsil sistemindəki yenilikləri
izləyərək ali məktəblərlə əməkdaşlığı daha da gücləndirmək,
istedadlı gənclərin inkişafına yardımçı olmaq yolunu davam etdirmək
niyyətindədir.

Teqlər: