Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Azərbaycanın lider mobil
operatoru “Azercell Telekom” MMC bu ölkədə olan bütün abunəçilərin
ailə və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək
məqsədilə onların nömrələrinin balansına 50 AZN həcmində vəsait
yükləyib. Abunəçilərə bu haqda müvafiq məzmunlu SMS göndərilib.
Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid
bütün nömrələri əhatə edir.
Qeyd edək ki, Azercell-in Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi
*1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı
xətt abunəçiləri üçün (012) 490 52 52) və Online Dəstək xidməti 24
saat ərzində abunəçilərin xidmətindədir. Əlavə olaraq “Kabinetim”
tətbiqi üzərindən də müraciət etmək mümkündür: https://kabinetim.azercell.com/my/login
Azercell şirkəti abunəçilərinə diqqətli olmağı, hamıya sülh və
əmin-amanlıq diləyir.