Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs
Ramazan ayı münasibətilə öz abunəçilərinə xüsusi hədiyyəsi var. Bu
bayram ayında hər kəsə xoş ovqat bəxş etmək məqsədilə Azercell özəl
Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet
paketlərini hədiyyə edir.

Kampaniyanın şərtlərinə əsasən, 9 aprel – 2 may 2022-ci il
tarixlərində Azercell fakturasız xətt (SimSim) sistemindən istifadə
edən abunəçilərə Ramazan ayının ruhuna uyğun olaraq imsak vaxtında
istifadə üçün 2GB internet paketi təqdim olunur. Hədiyyə paketini
əldə etmək üçün fakturasız xətt abunəçiləri Aylıq İnternet
paketlərindən birinə (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB), yaxud
“Sərbəst” tariflərindən birinə və ya GəncOL 6/9 tariflərindən
birinə qoşulmalıdır. Təqdim olunan paketdən 2 may tarixinə qədər
02:00 -06:00 saatları arasında istifadə etmək mümkündür.

Kampaniya haqqında daha ətraflı məlumatı “Azercell Telekom”
MMC-nin rəsmi veb-səhifəsindən əldə etmək mümkündür: https://bit.ly/ramazan-campaign-az

Hər zaman abunəçilərinə xüsusi bayram hədiyyələri təqdim edən
Azercell şirkəti Ramazan ayı münasibətilə hər kəsi təbrik edir.

Teqlər: