12 aprel 2022-ci il saat 17:50-18:20 radələrində ölkə ərazisində
müşahidə edilən güclü küləyin təsiri nəticəsində Gəncə, Qazax,
Bərdə, Ağcabədi, Kürdəmir, Ağsu, Füzuli və Beyləqan bölgələrində
elektrik enerjisinin təminatında bəzi kəsintilər yaranmışdır.
Bununla əlaqədar “Azercell Telekom” MMC-yə aid stansiyaların
enerji təminatında və müvafiq olaraq rabitə xidmətlərində yaranmış
müvəqqəti çətinliklərin aradan qaldırılması üçün şirkət operativ
tədbirlər həyata keçirib.
Qeyd edək ki, generatorlar vasitəsilə şirkətin əsas ofisləri,
Telefon Mərkəzi və Məlumat Mərkəzinin, eləcə də bir sıra saytların
kəsintisiz fəaliyyəti təmin edilib, digər saytların bərpası üçün
isə yeni daşınan generatorlar yerlərə göndərilib. Eyni zamanda
nəzərinizə çatdırırıq ki, hal-hazırda dəyişkən hava şəraitinə
baxmayaraq, Azercell abunəçilərinin bütün ölkə boyu keyfiyyətli
mobil rabitə xidmətləri ilə təmin edilməsinə dair zəruri
tədbirlərin görülməsi davam etdirilir.