Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.
Azercell şirkətinin dəstəyilə konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli internet xidmətləri ilə təmin olunublar. Azercell-in şəbəkəsi konfransın bəzi iclaslarının videoformatda – onlayn şəkildə keçirilməsini də mümkün edib.
Qeyd edək ki, “Azercell Telekom” işğaldan azad olunmuş ərazilərimizdə mobil infrastrukturun, eləcə də Şuşada 4G mobil şəbəkə stansiyalarının quraşdırılmasına başlayan ilk operator şirkətidir. Hərbi əməliyyatların başladığı ilk gündən Azercell-in mobil şəbəkəsi işğaldan azad edilən bölgələrimizdə fəaliyyət göstərib. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər Azercell-in 2G/3G/4G standartlarını dəstəkləyən mobil şəbəkəsi ilə əhatə olunub.
Azad edilən ərazilərdə yeni həyatın qurulması prosesində aktiv iştirak edən Azercell şirkəti öz abunəçilərinə Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını da yaradıb. Azercell-in “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Fonda vəsait köçürmək mümkündür. Eyni funksiya Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürülməsi üçün də yaradılıb. Azercell şirkəti döyüşlərin ilk günlərində Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb.
Qarabağa qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməyi hədəfləyən Azercell bu ərazilərdə mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Əminik ki, Azercell-in Qarabağ və ətraf bölgələrdə qurduğu LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.
“Azercell Telekom” ölkəmizin sosial-iqtisadi inkişafı, Vətənimizin hər qarışında mükəmməl rabitənin qurulması istiqamətində səylərini bundan sonra da var gücü ilə davam etdirəcək.