“Azerçay”dan Novruz lotereyası

Ölkəmizin ilk milli çay markası olan “Azerçay” öz alıcılarını
sevindirməyə davam edir. Doğma çayın bu dəfə “Novruz Tirajı” adı
altında bayrama özəl keçirdiyi lotereyada hədiyyələrin sahibləri
müəyyən olunub. Lotereya ərəfəsində “Azerçay”ın 250 qramlıq uduşlu
Buket, Klassik, Pekoe və yeni çeşid Gül Bağçası məhsularını alaraq
qutunun qapağındakı kodu ad və soyadları ilə birgə Azercell və
Bakcell operatorlarından ödənişsiz olaraq 8825-ə göndərən 30 nəfər
şanslı müştəri soyuducu qazanıb. 450 qramlıq eyni ceşiddə
məhsulları alan müştərilərdən isə 1 nəfər TN A013811 kodunun sahibi
Nissan X-Trail markalı avtomobil qazanıb.

Qeyd edək ki, doğma çayın təşkil etdiyi “Novruz Tirajı”nın
qalibləri “Azad Azərbaycan” telekanalında canlı yayım vasitəsi ilə
baş tutan lotereyada müəyyən olunub. Nəticələrlə “Azerçay”ın sosial
şəbəkə hesablarında və dogmacay.az saytında da tanış olmaq
mümkündür.

Teqlər: