“Azerçay” Qarabağda keçirilən ilk beynəlxalq turnirə dəstək verdi (FOTO)

Doğma çay “Azerçay” işğaldan azad edilən Qarabağ torpaqlarında
ilk dəfə keçirilən “Prezident kuboku-2022” adlı beynəlxalq turnirə
çay təminatı dəstəyi verib. Ümummilli lider Heydər Əliyevin 99
illiyi münasibəti ilə Tərtər rayonu, Suqovuşan qəsəbəsində təşkil
edilən yarışmada kayak və kanoe üzrə Azərbaycan idmançıları ilə
yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan atletləri öz
məharətini göstərirlər. Turnirdə tərəfdaş qismində iştirak edən
“Azerçay” markasının nümayəndələri yarış boyu yerli və xarici
iştirakçılara milli çay brendi haqda məlumatlar verib, xüsusi
ayrılmış zonada onları çay süfrəsinə qonaq edib.

Qeyd edək ki, “Azerçay” mütəmadi olaraq ölkəmizdə təşkil edilən
yerli və beynəlxalq tədbirlərin təşkilinə dəstək verməkdədir.

Teqlər: