Azərbaycanlıların Soyqırımı Gününün qurbanlarını rəhmətlə anıram – Fəxrəddin Altun

Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününü anan paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:


“Tarixin ən qanlı günlərindən olan 31 Mart 1918 -ci ildə Azərbaycanlı qardaşlarımıza yönəlmiş qətliamın törədildiyi Azərbaycanlıların Soyqırımı Gününün qurbanlarını rəhmətlə anıram. Haqlı mücadilələrində hər zaman Azərbaycan xalqının yanında olamağa davam edəcəyik”.

Teqlər: