Azərbaycanlıların bazarını və kazarmanı su basdı

Azərbaycanlıların bazarını və kazarmanı su basdı

Xəbər verdiyimiz kimi, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərə yağan güclü yağış səbəbindən Marneuli, Bolnisi, Tetritskaro və Dmanisi rayonlarda bir çox ərazilər subasmaya məruz qalıb.

AzerTimes xəbər verir ki, Marneulinin Kirəç Muğanlı kəndində yerləşən hərbi-kazarma, bir neçə yaşayış evi, əkin sahəsi, kafe və obyektlər sel suları altında qalıb.

“24nyus.ge”nin məlumatına əsasən, hazırda kazarma ərazisində helikopterlə təxliyə işləri aparılır.

Bundan əlavə, Alget çayının daşması nəticəsində Marneuli bazarını da sel basıb.

Hazırda bazar ərazisində təmizlik işlərinə başlanılıb.

Bazarın tam fəaliyyət göstərməsi bir neçə gün çəkəcək.

Teqlər: