Azərbaycanlılar həbslərə qarşı Avropada aksiyaya hazırlaşır

Azərbaycanlılar həbslərə qarşı Avropada aksiyaya hazırlaşır

Bir həftə bundan öncə polisə baş vurduq. Fevralın 25-də İsveçin Höteburq şəhərində Güney Azərbaycanın siyasi məhbuslarının azad edilməsi tələbi ilə mitinq keçirmək istəyimizi bildirdik. Razılıq əldə olundu və aksiyaya hazırlaşırıq.

Bu sözləri AzerTimes-a Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin güneylilərin Avropada keçirmək istədikləri aksiya haqqında danışarkən deyib.

Siyasi məhbusların tutulmasının 3-cü dalğasının başladığını deyən Bilgin bildirib ki, İran rejiminin bu qəddarlığını Qərb ölkələri də bilməlidir:

“Hər gün milli fəalların tutulması ilə bağlı xəbərlər alırıq. Güney Azərbaycanın, İranın müxtəlif şəhərlərindən insanları heç bir əsas olmadan həbsə atırlar. Biz də onların haqqını müdafiə etmək üçün bir araya gəlmək istəyirik. Bazar günü Höteburqda Brunnsparkendə saat 14-dən 15-dək yığışıb, öz sözümüzü deməyə cəhd edəcəyik. Milli haqlarımız, Urmu gölünün qurudulması və onlarla bizi narahat edən problemləri aksiya iştirakçılarının diqqətinə çatdırmağı planlaşdırırıq. Avropada yaşayan soydaşlarımız da bizə qoşulsalar, gücümüzü hamı görər. Aksiyamıza ərəbləri də dəvət etmişik. Onlar da bizimlə birgə bazar günü aksiyada iştirak edəcəklər”.

Teqlər: