Azərbaycanlı yazıçı övladına kimlik ala bilmir

Azərbaycanlı yazıçı övladına kimlik ala bilmir

Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə “Dolunay” adına görə sənəd verməkdən imtina edir.

AzerTimes xəbər verir ki, bu barədə Dolunayın atası, yazıçı və mədəni fəal Səid Sadiqifər məlumat yayıb.

O bildirib ki, Ərdəbil Qeydiyyat İdarəsi “Dolunay” adının İran adları siyahısında olmadığı üçün bu ada sənəd verilməsinin mümkün olmadığını deyib.

Səid Sadiqifər məsələ ilə bağlı bütün sənədləri toplayaraq Tehranda Mərkəzi Qeydiyyat İdarəsinə göndərdiyini yazıb.

Teqlər: