Azərbaycanlı tiktoker ölkədən çıxarkən saxlanıldı

Azərbaycanlı tiktoker ölkədən çıxarkən saxlanıldı

Azərbaycanda axtarışda olan tiktoker Əmrah Məhərrəmov saxlanılıb.

AzerTimes xəbər verir ki, Ə. Məhərrəmov Gürcüstandan Azərbaycana gələrkən Hava limanında yaxalanıb. Onun barəsində olan sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Ə . Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.

Şikayət əsasında o hüquq mühafizə orqanlarına dəvət edilsə də, o məsuliyyətdən yayınıb.

Nəticədə onun barəsində cinayət işi başlanıb və o axtarışa verilib.

Teqlər: