Azərbaycanlı tiktoker hava limanında saxlanıldı

Azərbaycanlı tiktoker hava limanında saxlanıldı

Azərbaycanda axtarışda olan tiktoker Əmrah Məhərrəmov saxlanılıb.

AzerTimes xəbər verir ki, Ə.Məhərrəmov Gürcüstandan Azərbaycana gələrkən Hava limanında yaxalanıb. Onun barəsində olan sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Ə.Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.

Şikayət əsasında o, hüquq-mühafizə orqanlarına dəvət edilsə də, məsuliyyətdən yayınıb.

Nəticədə barəsində cinayət işi başlanıb və o, axtarışa verilib.

Teqlər: