Azərbaycanlı qız “Dragon Challenge”in qalibi oldu – Foto

Azərbaycanlı qız “Dragon Challenge”in qalibi oldu – Foto

Azərbaycan Savat milli komandası Xorvatiyanın Varazadin şəhərində keçirilən “Dragon Challenge” beynəlxalq turnirində iştirak edib. Yığma komanda yarışa baş məşqçi Taleh Nağızadə və məşqçi Yusif Əlihüseynovun rəhbərliyi ilə qatılıb.

Bu barədə AzerTimes-a Azərbaycan Savat Federasiyasından məlumat verilib.

Azərbaycan idmançıları yarışda uğurlu nəticə göstərə bilib. Turnirdə 48 kq çəki dərəcəsində çıxış edən 17 yaşlı Tutu İsmayılova Macarıstan, İtaliya və Avstriya idmançılarına qalib gələrək, qızıl medal qazanıb. Komandamızın digər üzvü Ümid Zeynalzadə də 36 kq çəki dərəcəsində turnirin qalibi olub.

Savat – Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənətidir.

Teqlər: