Azərbaycanlı müğənni İstanbulda döyüldü

Azərbaycanlı müğənni İstanbulda döyüldü

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda döyülüb.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, buna İstanbulda yaşayan müğənninin yol hərəkəti qaydalarını pozan taksi sürücüsünü danlaması səbəb olub.

Qeyd olunur ki, sürücü müğənniyə hücum edərək, onu döyüb. Daha sonra taksi sürücüsü Nərgiz Bağıyevanın başını yolun kənarındakı metal dirəyə vurub. Ağır kəllə-beyin travması alan və burnu sınan N.Bağıyeva polisə müraciət edib.

Müğənni bildirib ki, işdən evə gedərkən müğənninin avtomobilini sağ tərəfdən ötmək istəyən taksi sürücüsü ona çırpılıb. O, dayanmaq üşün qaydanı pozan taksi sürücüsünü sıqnalayıb. Bundan sonra maşını saxlayan taksi sürücüsü müğənninin telefonunu götürüb və onu döyüb.

Teqlər: