Azərbaycanlı jokeylər Britaniyada atçılıq şousunda tamaşaçıları heyran edib

Xəbər - Ceyla Əliyeva – Trend:

Azərbaycanlı jokeylər Böyük Britaniyada “Kral” atçılıq şousunda tamaşaçıları heyran edib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Mail Online” nəşri yazıb.

Qeyd olunub ki, ənənəvi geyimdə olan bir neçə idmançı tamaşaçılara maraqlı nömrələr nümayiş etdirib:

“Atçılıq Azərbaycanda hörmətli ənənədir. Bura, atların ilk əhliləşdirildiyi regionlardan biri hesab olunur”.

Vindzorda davam edən “Kral” atçılıq şousu iyulun 4-dək davam edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Твиттер: @JeilaAliyeva

Teqlər: