Azərbaycanlı iş Londonda uduzdu: Çirkli pul qalmaqalı

Azərbaycanlı iş Londonda uduzdu: Çirkli pul qalmaqalı

BBC Yayım Korporasiyası və “Evening Standard” qəzeti çirkli pulların yuyulmasında ittiham olunan çox uğurlu, beynəlxalq səviyyəli yüksək profilli azərbaycanlı iş adamına qarşı məhkəmədə qalib gəlib.

AzerTimes “Haqqın.az”a istinadla xəbər verir ki, iş adamının adı 2017-ci ildə “Azərbaycan Landromatı” ilə bağlı aparılan məhkəmə işində hallanıb.

Məhkəmə həmin şəxsin adının açıqlanmamasına qərar versə də, BBC və “Evening Standard” bunu qəbul etməyib və London Ali Məhkəməsində iddia qaldırıb.

Ali Məhkəmə iddianı təmin edib və iş adamının adının Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən açıqlanmasına qərar verib. Lakin iş adamının apelyasiya şikayəti vermək hüququ olduğu üçün hökm dərhal icra olunmayacaq.

Həmin iş adamının azərbaycanlı deputat Cavanşir Feyziyevlə bağlı olduğu iddia edilir. İstintaqda adı hallanan tanınmış azərbaycanlı iş adamı Feyziyevlərin işi üzrə təqsirləndirilənlər sırasında olmasa da, ailə ilə müəyyən əlaqələrə malikdir. Hətta özü bildirib ki, kimliyi üzə çıxarsa, onun imicinə və işgüzar nüfuzuna böyük və sarsıdıcı zərbə vurulacaq.

Qeyd edək ki, 2022-ci ildə London məhkəməsi mülki iş üzrə Pərvanə Feyziyevaya, Orxan Cavanşirə və Elman Cavanşirə məxsus bank hesablarında olan 15 milyon funt sterlinqi dondurmuşdu. Lakin məhkəmə sonradan həmin vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı qənaətinə gəldiyi üçün həmin məbləğ geri qaytarılmışdı.

Teqlər: