Azərbaycanlı investorlar Gürcüstanda mehmanxana kompleksi inşa edəcək

Xəbər - Tamilla Məmmədova – Trend:

Azərbaycanlı investorlar Gürcüstanın paytaxtı Tbilisinin tarixi rayonu Mtatsmindada “Hilton” mehmanxana kompleksini inşa edəcək.

Trend bu barədə Gürcüstan KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, 6 min kvadratmetr ərazidə hotel və ofis blokunun tikilməsi nəzərdə tutulur.

İrimiqyaslı tikinti layihəsini “Siti Plaza” MMC həyata keçirir. Hazırda şirkət şəhər rəhbərliyi danışıqlar aparır.

Layihədə iştirak edəcək Azərbaycan investisiya şirkətinin adı açıqlanmayıb.


(Tərcümə: Orxan Nəbiyev)

Twitter: @Mila61979356