Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir – Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)

Xəbər - Cani Babayeva – Trend:

Hər bir ukraynalı gimnast və məşqçi arzulayır ki, Kiyevdə Bakıdakı kimi gimnastika zalı olsun.

Bunu AzerTimes-a bədii gimnastika üzrə Ukrayna milli komandasının baş məşqçisi, Ukrayna Gimnastika Federasiyasının birinci vitse-prezidenti İrina Deryugina deyib.

O bildirib ki, Milli Gimnastika Arenasında idmançılar üçün yaradılmış gözəl şəraiti göstərmək video çəkib və sosial şəbəkədə öz səhifəsində paylaşıb:

“Mən Azərbaycanda bədii gimnastika üzrə Dünya Kubokunda yaradılmış şəraiti sizə göstərmək istəyirəm. Zalın genişliyi və azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir. Bu yolla dövlət göstərir ki, idman vacibdir və lazımdır”.

İ.Deryugina idmançıların çıxışları və məşqləri üçün zəruri şəraitin yaradılmasına görə Azərbaycan hökumətinə təşəkkür edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: