Azərbaycanlı futbolçu İrəvana gedir

Azərbaycanlı futbolçu İrəvana gedir

İnşallah mən də oyuna gedirəm.

AzerTimes xəbər verir ki, bunu Reporta açıqlamasında Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın “Ararat” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib:

“Menecer dedi ki, biletin alınıb, gedirsən”.

Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya” ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu “Ararat”a qarşı ilk matçını iyulun 13-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.

Teqlər: