Azərbaycanlı baş nazir: İran konstitusiyası dəyişdirilsin!

Azərbaycanlı baş nazir: İran konstitusiyası dəyişdirilsin!

İranın siyasi strukturunda aparılan islahatlar səmərəsizdir. Konstitusiyada dəyişiklik edilməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri İranın keçmiş baş naziri Mirhüseyn Musəvi “Kəlmə” xəbər saytına verdiyi müsahibəsində deyib.

Musəvi islahatlardan və konstitusiyanın icrasından məyus olduğunu bildirib:

“Mövcud sistemin dəyişdirilməsi və ya əsaslı şəkildə yenilənməsi xalqın hüquqlarından biridir. İran fundamental transformasiyaya hazırdır”.

O, azad referendum keçirilməsini və Müəssislər Məclisinin formalaşdırılmasının vacibliyini qeyd edib və bu prosesdə bütün xalq nümayəndələrinin iştirakının lazım oldugunu vurğulayıb.

Teqlər: