Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər – 2022” proqramını bitirib

Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan
BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən
“BAFT Future Leaders Program” (BAFT Gələcək Liderlər Proqramı)
layihəsi həyata keçirilir. Assosiasiyanın builki proqramına qatılan
Kapital Bank-ın texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov
proqramı uğurla başa çatdırıb.

“Gələcək Liderlər – 2022” proqramının bitməsi ilə əlaqədar
ABŞ-nin Vaşinqton şəhərində keçirilən İllik Toplantı zamanı Fərid
Səmədov da daxil olmaqla proqramın bütün məzunlarına xüsusi
mükafatlar təqdim olunub. “Gələcək Liderlər” proqramında dünyanın
22 ölkəsindən ümumilikdə 35 iştirakçı məzun adını qazanıb.

“Gələcək Liderlər” proqramının məqsədi davamlı transformasiyadan
keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək,
onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280
maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir
ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və
proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan
verir.

Qeyd edək ki, Kapital Bank 1–4 may 2022-ci il tarixlərində
BAFT-ın Qlobal İllik Toplantısında da iştirak etmişdi. Bank 2017-ci
ildən Amerika Banklar Assosiasiyasının (American Bankers
Association) üzvüdür və MDB dövlətləri arasında assosiasiyada
təmsil olunan yeganə maliyyə qurumudur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: