Azərbaycanla Udmurtiya arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf dinamikası artım potensialına malikdir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın Udmurtiya Respublikasından Azərbaycana əsasən IT
avadanlığı, süd, kimya və digər növ məhsullar tədarük olunur.

Trend-in məlumatına görə, bunu Udmurtiya
hökumət başçısının müavini Mixail Xomiç Bakıda “Azərbaycan-Udmurtiya” biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, ticari-iqtisadi əməkdaşlığın inkişaf
dinamikası artım potensialına malikdir.

“Azərbaycanla ticarət dövriyyəsinin artımı sevindirici olsa da,
ixrac rəqəmləri çox yüksək deyil. Biz bu göstəricilərin
artırılmasını hədəfləyirik”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)