Azərbaycanla Türkiyə arasında peyk xidmətləri üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında yazıb.

“Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri cənab Adil Karaismailoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.


İki ölkə arasında avtomobil nəqliyyatı ilə tranzit yükdaşımaları, dəmir yolu nəqliyyatı, kombinə edilmiş beynəlxalq yükdaşımaları, mülki aviasiya, telekommunikasiya və peyk xidmətləri sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə etdik”, – Rəşad Nəbiyev bildirib.

Teqlər: