Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində olan ərazilərdə vəziyyətə nəzarət edir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya öz öhdəliklərinə, 1990-cı illərdə iki ölkə arasında imzalanmış sənədlərə sadiqdir:
“Rusiya sərhədçiləri öz funksiyalarını yerinə yetirirlər, hətta Ermənistan-Azərbaycan sərhədində də olurlar, vəziyyəti monitorinq edirlər. Yəni Rusiya bununla bağlı öz öhdəliklərinə ciddi yanaşır. Burada bizim mövqeyimiz dəyişmir”, – Kopırkin bildirib.
Qeyd edək ki, Rusiya sərhədçiləri 2020-ci ilin dekabrından Gorus-Qafan-Çakaten ərazisində yerləşdirilib.