Azərbaycanla Rusiya regionu arasında sazişlər imzalanıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakıda “Dostluq” Udmurtiyanın Azərbaycan ictimai mərkəzi”
Regional ictimai təşkilatı ilə Azərbaycanın Rus İcması arasında
sazişin imzalanması mərasimi keçirilib.

Trend-in
məlumatına görə, sənəd Udmurtiya ilə Azərbaycan arasında dostluq
münasibətlərinin inkişafına yönəlib.

Bundan başqa, tədbir zamanı Udmurtiya İnkişaf Korporasiyası ilə
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
arasında saziş imzalanıb.

Bu sənəd ikitərəfli əlaqələrin inkişafı və investisiyaların
genişlənməsini nəzərdə tutur.

(Tərcümə: Orxan Nəbiyev)