Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranır

Azərbaycanla Rusiya arasında nəqliyyat və logistika sahəsində
əməkdaşlıq üçün yeni imkanlar yaranır.

Trend-in məlumatına görə, bunu baş nazirin
müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında
deyib.

Onun sözlərinə görə, avtomobilı nəqliyyatı ilə daşımaların
sürətlə artması dövlət sərhədində keçid məntəqələrinin
təkmilləşdirilməsi məsələsini aktuallaşdırır.

“Biz Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına böyük əhəmiyyət
veririk. Layihənin tam gücü ilə işə salınması regionun inkişafına,
ticarətin, tranzitin artımına xidmət edəcək. Azərbaycan, Rusiya və
Ermənistan liderlərinin üçtərəfli bəyanatından nəqliyyat
kommunikasiyalarının açılması və yeni infrastruktur marşrutların
yaradılması üçün yaxşı imkanlar ortaya çıxır”, – Ş.Mustafayev
deyib.

Baş nazir müavini əlavə edib ki, Rusiya-Azərbaycan sərhədində
keçid məntəqələrinin işinin sinxronlaşdırılması üzrə işlər davam
edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: