Bakıda Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın iclası çərçivəsində bir sıra sənədlər
imzalanıb.
Trend-in
məlumatına görə, hər iki ölkənin baş nazir müavinləri Şahin
Mustafayev və Aleksey Overçuk hökumətlərarası komissiyanın 20-ci
iclasının protokolunu, həmçinin pensiya təminatı sahəsində
əməkdaşlıq memorandumunu imzalayıb.
Eyni zamanda, Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi ilə Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə
Federal Korporasiyası arasında anlaşma memorandumu imzalanıb.
(Tərcümə: Orxan Nəbiyev)