Azərbaycanla nəqliyyat dəhlizləri nə qədər güclü olsa… – Nazir

Azərbaycanla nəqliyyat dəhlizləri nə qədər güclü olsa… – Nazir

Türkiyə, Gürcüstan, Azərbaycan arasında aparılan danışıqların nəticəsi olaraq ölkələrimiz qazanacaq və nəqliyyat dəhlizləri nə qədər güclü olsa, həm sosial, həm də iqtisadi müstəvidə əməkdaşlığımız bir o qədər möhkəmlənəcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Tiflisdə keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli nazirlər toplantısından sonra deyib.

Nazirin sözlərinə görə, Türkiyə, Gürcüstan, Azərbaycanın dost və qardaş ölkələrdir:

“Ölkələr arasında nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi üçün danışıqlar davam edir”.

Qaraismayıloğlu bildirib ki, Tiflis görüşündə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Bakı-Tiflis-Qars dəmir yolunun (BTQ), habelə Türkiyədə Marmaray xətti layihələrinin həyata keçirildiyini xatırladıb:

“Artıq Çindən Londona fasiləsiz işləyən qatarlarımız fəaliyyətə başladı. Bundan sonra potensialı daha da artırmaq üçün nələr edilə biləcəyimizi müzakirə edirik”.

Qaraismyıloğlu qış dövrlərində şimal dəhlizində daşımalarda müəyyən problemlər, eləcə də Rusiya-Ukrayna müharibəsi nəticəsində nəqliyyatda yaranan çətinliklər səbəbindən region ölkələrinin nəqliyyat infrastrukturlarının daha da inkişaf etdirilməsi lazım olduğunu vurğulayıb.

Onun sözlərinə görə, üç ölkənin rəsmiləri görüşlərdə təkcə yük daşımaları ilə kifayətlənməyiblər, həm də sərnişindaşıma imkanlarını dəyərləndiriblər.

Teqlər: