Azərbaycanla İtaliya arasında sənəd imzalanıb

Azərbaycan ve İtaliya arasında ilk strateji dialoq haqqında
protokol imzalanıb.


Trend
-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində
bildirib.

Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di
Maio imzalayıblar.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və İtaliya arasında
Strateji Dialoqun birinci iclası keçirilib.

Teqlər: