Azərbaycanla enerji sahəsində tərəfdaşlığa sadiqik – Oliver Varhelyi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanla enerji sahəsində tərəfdaşlığa sadiqik.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu gün dünyada enerji resurslarında qıtlıq var və ona görə də etibarlı partnoylara ehtiyacımız var. Azərbaycan da o etibarlı tərəfdaşlardan biridir.

“Cəbub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli böyük əhəmiyyət daşıyır. Bu gün Qərbi Balkanlar enerji çatışmazlığından əziyyət çəkir. Hesab edirik ki, Azərbaycan bu çətin vəziyyətdən çıxmaq üçün Qərbi Balkanlara da yardım edə bilər”, – o vurğulayıb.

Teqlər: