Azərbaycan və Macarıstan 50 milyon kubmetr qazın saxlanmasına dair müqavilə imzalayacaq.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Bu il Macarıstana təbii qaz nəqlinə başlayacaq azərbaycanlı dostlarımızla bütün lazımi müqavilələri bağlamışıq. Birinci mərhələdə ilin sonuna kimi 100 milyon kubmetr qaz alacağıq. Biz 50 milyon kubmetr qazın saxlanmasına dair müqavilə bağlamağa yaxınıq”, – Siyarto qeyd edib.