Azərbaycanla Bosniya və Herseqovina arasında yeni müqavilələrin imzalanması gözlənilir

Xəbər - Humay Ağacanova – Trend:

Bosniya və Herseqovinalı həmkarımla müzakirələrimiz arasında iqtisadi aspekt önəmli yer tutdu.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hazırda iqtisadi sahədə əməkdaşlıq qaneedici deyil və bu istiqamətdə işlər görüləcək:

“Bugün həmçinin ölkələr arasında mövcud müqavilələrə nəzər salındı. Hesab edirəm ki, gələcəkdə önəmli müqavilələrin şahidi olacağıq”, – nazir əlavə edib.

Teqlər: