Azərbaycanla birgə daha çox layihələrə imza atacağıq – Türkiyə Prezidenti

Şuşa Bəyannaməsi ilə Azərbaycanla münasibətlərimizi müttəfiqlik
səviyyəsinə çatdıran iki qardaş ölkə olaraq daha bir çox layihələrə
birgə imza atacağıq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğana Azərbaycana səfərinin yekunları ilə bağlı
danışarkən deyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə mükəmməl səviyyədə olan
ikitərəfli əlaqələri və Qarabağ zəfərindən sonra bölgədəki
vəziyyəti nəzərdən keçirdiklərini ifadə edən Rəcəb Tayyib Ərdoğan
nümayəndə heyətinin tərkibindəki nazirlərin məhsuldar görüşlər
keçirdiklərini və bunun gələcəkdə əməkdaşlığı gücləndirəcəyini
bildirib.

Türkiyənin Qarabağın nəqliyyat əlaqələrinin qurulması,
urbanizasiyası və istehsal dünyasına yenidən inteqrasiyası üçün
dəstəyinin davam edəcəyini vurğulayan R.T.Ərdoğan, ölkəsinin
müvafiq qurumlarının şirkətlərlə birlikdə kənd təsərrüfatı
torpaqlarının dirçəldilməsi üçün azərbaycanlı həmkarları ilə birgə
fəaliyyətlərini davam etdirəcəklər. “Bununla da azərbaycanlı
qardaşlarımızın illərdir həsrətində olduqları ata-baba torpaqlarına
qovuşmasına öz töhfəmizi vermiş olacağıq”, – deyə Türkiyə
Prezidenti bildirib.

Teqlər: