Azərbaycanda qürurverici bir gün keçirdik, orada gördüyümüz mənzərə bizi çox sevindirdi – Ərdoğan

Azərbaycanda qürurverici bir gün keçirdik, Azərbaycanlı
gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox
sevindirdi.

Trend xəbər
verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycana
səfərinin yekunları ilə bağlı danışarkən deyib.

“Bir millət, iki dövlət şüarı ilə Bakıda yeni “tək festival”
ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm ki, buna indi
digər türk dövlətlərindən də oxşar çağırış gələcək

Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilən “TEKNOFEST”in
təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü
fəth etdiyini gördük. Gələcəyimizin təminatı olan gənclərimizin
festivala olan böyük marağı bizi xüsusilə sevindirdi. Professor
Doktor Aziz Sancarın da proqrama qatılması “TEKNOFEST”ə fərqli rəng
qatdı”, – deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: