Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsi Xarkov şəhərindəki fəxri konsulluğun binasının
vurulması ilə bağlı məlumat yayıb.
Trend XİN-ə istinadən xəbər verir ki, məlumatda Azərbaycanın
fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava
zərbələri nəticəsində fəxri konsulluğun binasının ciddi dağıntılara
məruz qaldığı bildirilir. Eyni zamanda, konsulluq əməkdaşına məxsus
avtomobil istifadəyə yarasız hala düşüb.
“Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda
təhlükəsiz yerdədirlər”, – məlumatda qeyd olunur.