Azərbaycanın xarici ticarət dövriyyəsi 40 faizdən çox artıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci il yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi
4,061 milyard dollardan çox təşkil edib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 40,63 faiz çoxdur.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycanın ixracı 3,086 milyard dollara
bərabər olub və bu, 2020-ci ilin yanvarı ilə müqayisədə 90 faiz
çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 76 faiz
təşkil edib.

Eyni dövrdə Azərbaycana idxal 974,86 milyon dollar təşkil edib
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çoxdur.
İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 24 faiz təşkil
edib.

Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 2,111
milyard dollar təşkil edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: