Xəbər - Fərid Zöhrabov – Trend:
Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan
təhlükə şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan
diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayıb.
Bildirilib ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət
göstərəcək diplomatlarımız Ukraynadakı Azərbaycanlıların
müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti
davam etdirəcək.
Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:
+380 73 505 00 00
+380 99 408 99 43