Azərbaycanın U-19 yığması AVRO-2022-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin sonuncu oyununda ilk qələbəsini qazanıb.

Trend xəbər verir ki, seçmə mərhələnin 8-ci qrupunda mübarizə aparan yığmamız son oyunda Lüksemburq seçməsinə heç bir şan verməyib – 2:0. Qolları 23-cü və 77-ci dəqiqələrdə müvafiq olaraq Mirmövsüm Canıyev və Mehrac Baxşalı vurublar.

Aktivində 3 oyundan 3 xalla yığmamız seçmə mərhələni 3-cü yerdə başa vurub. İlk iki pillədə, hər ikisi 7 xalla, Belçika və İspaniya milliləri qərarlaşıblar. Mərhələdə heç bir oyunda qələbə qazana bilməyən Lüksemburq sonuncu pillədə yer alıb.

Teqlər: