Azərbaycanın təkliflərini qəbul etməkdən başqa, Ermənistanın heç bir alternativi yoxdur – Rufiz Hafizoğlu (VİDEO)

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra əsas
prioritetlərindən biri sülh danışıqlarının başlanması oldu.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan
Televiziyasının “Əsas məsələ” verilişində çıxışı zamanı Trend
Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının
rəhbəri Rufiz Hafizoğlu deyib.

Onun sözlərinə görə, bu, Azərbaycan tərəfinin Ermənistana
təklifi olub. Biz bilirdik ki, Ermənistan sülhə hazır deyil və bu
gün də bunun nəticəsini açıq şəkildə görürük.

“Bu gün İrəvanda Xarici İşlər Nazirliyinin qarşısında etiraz
aksiyası keçirilir. Bu aksiyanın tələblərindən biri də odur ki,
Azərbaycanla heç bir halda sülh danışıqlarına gedilməsin. Yəni
ermənilər tarixən sülhə hazır olan toplum olmayıblar. Bunun da bir
neçə səbəbi var. Azərbaycan haqlı qələbəsini qazandı və Türkiyənin
də bunda önəmli rolu var. Azərbaycan dövlətçilik ənənəsi olan bir
dövlətdir. Lakin ermənilərdə belə ənənələr yoxdur”, – deyə
R.Hafizoğlu vurğulayıb.

O əlavə edib ki, hazırda Azərbaycanın təkliflərini qəbul
etməkdən başqa, Ermənistanın heç bir alternativi yoxdur.

Teqlər: