Azərbaycanın tarixi Zəfəri eyni zamanda türk dünyasında da geniş şəkildə qeyd olunur – Altınbaş Universitetinin rektoru

Xəbər - Çingiz Səfərli -Trend:

Biz Zəfər gününü təkcə Azərbaycanda deyil, Türkiyədə də böyük sevinclə qeyd edirik.

Trend xəvər verir ki, bunu Türkiyənin Altınbaş Universitetinin rektoru professor Dr. Çağrı Erhan deyib.

Onun sözlərinə görə, Azərbaycanın tarixi Zəfəri eyni zamanda türk dünyasında da geniş şəkildə qeyd olunur: “44 günlük müharibə başlayanda biz də Türkiyənin dörd bir tərəfində anbaan nələr baş verdiyini gözlədiik.Azərbaycan Prezindetinin, Müdafiə Nazirliyinin bəyanatlarını, videolarını izlədik.


Burda yaşayış yerləri bombalananda birgə kədərləndik, sevincli günlərdə də bir yerdə sevindik”.

Teqlər: