Azərbaycanın şərab məhsulları Çində beynəlxalq yarmarkada təqdim olunacaq

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci il martın 21-27-də Azərbaycanın şərab məhsulları Çində “China Food & Drinks Fair” yarmarkasında təqdim olunacaq.

AzerTimes-ın məlumatına görə, bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O bildirib ki, Azərbaycan bu il həmin məhsulun ixracını və dövriyyəsini 2020-ci illə müqayisədə maksimum artıracaq

“2021-ci il üzrə əsas məqsədlərdən biri xarici investisiyaların artırılması olacaq, eləcə də məhsullarımızın yeni bazarlara çıxması üçün ixrac coğrafiyasının artırılması ilə bağlı yeni konsepsiyalar hazırlanacaq”.


Y.Abdullayev xatırladıb ki, bu il Azərbaycan məhsulları fevralın 21-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərində “Gulfood” beynəlxalq qida sərgisində nümayiş etdiriləcək.

Bundan başqa, martın 30-dan aprelin 2-dək Azərbaycanın tikinti məhsulları Moskvada “MosBuild 2020” beynəlxalq sərgisində təqdim olunacaq.