Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirinov vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, İxtiyar Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.
İxtiyar Şirinov Gəncədə Surət Hüseynov qiyamı zamanı girov götürülməsi və həmin vaxt prezident olan Əbülfəz Elçibəyin əleyhinə qərar çıxarması ilə məşhurdur.