Kadırov: Türkiyəyə qaçanları tapıb…

Kadırov: Türkiyəyə qaçanları tapıb…

Azov döyüşçüləri, nasizm və satanizm kimi hərəkatlar mövcud olduğu müddətdə Ukrayna tərəfi ilə danışıqların aparılması yolverilməzdir.

AzerTimes xəbər verir ki, bu sözləri Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

“Biz “azovçu”lar kimi bütün bu şər ruhların sağ qalacağı danışıqların əleyhinəyik. Biz danışıqların qəti əleyhinəyik. Nasistləri məhv edəcəyik, Türkiyəyə qaçanları qaytaracağıq, onlara ömürlük həbs cəzası təyin edəcəyik. Bəli, biz silahlı qüvvələri, Ukrayna Silahlı Qüvvələrini, digər xidmətçiləri başa düşə bilərik, onlar dövlət qulluqçularıdır. Nasizm, satanizm, nə qədər ki, bu cür cərəyanlar var, hər hansı danışıqları təsəvvür edə bilmirəm”, – Kadırov bildirib.

Teqlər: