Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Afrikanın rifahına töhfəsi əvəzolunmazdır – Misir səfiri

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın Afrika
qitəsinin rifahına töhfəsi əvəzolunmazdır.

Trend-in məlumatına görə, bunu Misirin
Azərbaycandakı səfiri Hişam Nağı Afrika Gününə həsr olunmuş “Afrika
qitəsinin Qoşulmama Hərəkatının qiymətləndirilməsində rolu”
mövzusunda konfrans zamanı deyib.

“Bu gün yeni geosiyasi reallıqda Afrika qitəsinin, həm də bütün
dünyanın dayanıqlı inkişafı üzərində birgə işləməliyik. Biz
Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyini yüksək
qiymətləndiririk”, – səfir deyib.

Teqlər: