Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi
qeyri-neft ixracına müsbət təsir edir.
Trend-in məlumatına görə, bu barədə
iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
yazıb.
Onun sözlərinə görə, 2021-ci ildə qeyri-neft məhsullarının
ixracı əvvəlki ilə nisbətən 47,2 faiz artıb və bu, ən yüksək tarixi
göstəricidir.