Xəbər - Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin məhz 28 may-Respublika günündə Ağdama səfər etməsi xüsusi əhəmiyyət daşıyan tarixi bir hadisədir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, ölkə başçısı Ağdam şəhərindən bütün dünyaya növbəti mesajlarını verdi və bir daha açıq şəkildə bəyan etdi ki, Azərbaycanın müstəqilliyi, gücü, əzəməti bundan sonra daimi, əbədi olacaq:
“Eyni zamanda İlham Əliyev böyük planlardan, gələcək perspektivlərdən, Qarabağa qayıdışdan da danışdı. Möhtərəm Prezident hələ Qarabağ işğal altında ikən hər dəfə Ağdamdan qaçqın düşmüş sakinlərlə görüşəndə deyirdi ki, biz o torpaqlara mütləq qayıdacayıq. Dediyi kimi də oldu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan verdiyi sözü tutdu. Artıq Qarabağ, Ağdam azaddır. Artıq Ağdam işğal altında deyil. Artıq Ağdam bizimdir. Artıq Ağdam rahat nəfəs alır. Artıq Ağdam xoşbəxtdir. Artıq Ağdamın qapısı bütün azərbaycanlılara və ağdamlılara açıqdır və bu reallığı, həqiqəti düşünmək, bilmək o qədər xoş bir hissdir ki, onu sözlə təsvir etmək mümkün deyil. Azərbaycanın qəhrəman ordusu 44 günlük müharibədə faşizmlə, faşistlərlə döyüşdü. Məhz faşistlərlə! Çünki erməninin faşistdən heç bir fərqi yoxdur. İkisi də eyni xislətdədir. İkisi də eyni dağıdıcı, terrorçu ruhdadır, mahiyyətdədir. Sonucda isə həmin faşistlərin başını Azərbaycanın “dəmir yumruğu” əzdi və çox bərk əzdi. Ağdam da dirçələcək. Çox tezliklə dirçələcək. Artıq cənab Prezidentin iştirakı ilə bu dirçəlişin təməl daşları atılıb, tapşırıqlar verilib, işlər başlayıb. Bir neçə ildən sonra Ağdam elə gözəl olacaq ki, kənardan göz oxşayacaq”.